
“Neftçi”nin legioneri Mark Tamaş komandanı tərk edə bilər.
Apasport.az saytına verilən məlumata görə, macarıstanlı futbolçuya fərqli ölkələrin klublarından təklif var.
Rusiya Premyer Liqasında yarışan “Fakel” 30 yaşlı müdafiəçi üçün addımlar atıb. Ruslar mərkəz müdafiəçisini heyətində görmək niyyətindədir.
Lakin Tamaş yekun qərarını verməyib. Çünki macar futbolçuya daha bir təklif Polşa yüksək liqasında yarışan “Puşa”dan gəlib.
Yaxın günlərdə Markın “Neftçi”ni tərk edib-etməyəcəyi dəqiqləşəcək.
Qeyd edək ki, o, ötən mövsüm Rumıniyanın “Sepsi” klubundan “Neftçi”yə keçmişdi. Tamaşın Bakı klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.
- İlham Zəkiyev qalmaqal barədə: “Həkimləri aldatmaq mümkün deyil”
- Millimizin Ukrayna yığması ilə matçının yeri müəyyənləşib
- "Kəpəz" azarkeşlərinə, "Sumqayıt" isə futbolçularına görə ziyana düşüb
- Azərbaycanın taekvondo hakimləri beynəlxalq yarışa təyinat alıblar
- “Sabah”ın U-10 komandası Rusiyada beynəlxalq turnirə qatılıb