“Neftçi”nin hücumçusuna millisindən dəvət
04.11.2022 - 10:13
“Neftçi”nin hücumçusuna millisindən dəvət

Belarus millisinin Suriya və Omanla keçirəcəyi yoldaşlıq görüşü üçün heyəti müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Georgi Kondratyev 23 nəfərlik siyahı tərtib edib.

Dəvətlilər arasında “Neftçi”nin hücumçusu Yeqor Boqomolski də var. 22 yaşlı forvard noyabrın 17-də və 20-dəki qarşılaşmalarda çalışdırıcının sərəncamında olacaq. Komanda ayın 13-də təlim-məşq toplanışı və Suriya ilə oyun üçün Birləşmiş Ərəb Əmirliklərinə yollanacaq. Omanla görüşün yeri hələ bəlli deyil.

Boqomolski noyabrın 12-də Premyer Liqanın XIV turunda “Qəbələ” ilə keçiriləcək matçdan sonra yığmasının düşərgəsinə yollanacaq.
 

0