
“Neftçi” yeni baş məşqçisi Laurentsiu Regekampfın qarşısına Konfrans Liqasının qrupuna düşmək hədəfi qoyub.
Apasport.az saytının məlumatına görə, rəhbərlik bunun üçün rumıniyalı çalışdırıcıya hər cür şərait yaradılacağını vəd edib.
Rumıniya mətbuatının iddiasına əsasən, illik məvacibi 480 min avro olan Regekampfın Azərbaycanda tək qazancı bu olmayacaq. Əgər 47 yaşlı mütəxəssis komandanı Konfrans Liqasının qrupuna daşısa, böyük məbləğdə mükafat da əldə edəcək.
Bakılılar qarşıya qoyulan hədəfə çatmaq üçün transfer bazarında baş məşqçiyə tam sərbəstlik verib. Yəni klub Regekampfın istədiyi oyunçulara “Neftçi”nin formasını geyindirəcək.
Qeyd edək ki, ötən mövsüm Premyer Liqada gümüş mükafatçı olduğu üçün baş məşqçi Samir Abasovla yollarını ayıran “Neftçi” Laurentsiu Regekampfla 2 illik müqavilə imzalayıb.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL