Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin ikinci yoxlama görüşünün saatı dəyişdirilib.
Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi iyulun 11-də yerli “Sivasspor”la qarşılaşacaq.
Super Liqa klubu ilə matçın öncədən Bakı vaxtı ilə saat 16:45-də start götürməsi planlaşdırılırdı. Lakin matçın daha erkən – 12:30-da start götürməsi qərara alınıb. Oyun “The Sign Esentepe Hotel & Ski Center”in stadionunda olacaq.
Laurentsiu Regekampf üçüncü sınaq matçının iyulun 14-də keçirilməsini planlaşdırır.
Qeyd edək ki, “Neftçi” Türkiyə toplanışındakı ilk yoxlama görüşündə TFF I Liqa təmsilçisi “Sakaryaspor”la qollu heç-heçə (1:1) edib.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ