“Neftçi”nin Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan vitse-çempionu Avstriyanın “Rapid” klubu ilə görüşəcək.
Vyana təmsilçisi II təsnifat mərhələsində Polşa “Lexiya”sını mübarizədən kənarlaşdırıb. Evdə qolsuz sülhlə kifayətlənən “Rapid” rəqib meydanında vurulan iki qolla qalib gəlib. Polşalılar bu toplardan yalnız birinin əvəzini çıxa bilib – 1:2.
III təsnifat mərhələsinin oyunları avqustun 4-də və 11-də baş tutacaq. İlk matç Bakıda baş tutacaq.
Qeyd edək ki, “Neftçi” iki oyunun nəticəsində Kipr “Aris”ini mübarizədən kənarlaşdırıb – 0:2, 3:0.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ