“Neftçi”nin oyununa bilet satışı başladı
31.08.2022 - 11:18
“Neftçi”nin oyununa bilet satışı başladı

Misli Premyer Liqasının V turunda keçiriləcək “Neftçi” – “Sumqayıt” matçının biletləri satışa çıxarılıb.

Apasport.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qiyməti 1 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) manta təşkil edən biletləri “iTicket.az”ın satış məntəqələrindən, həmçinin aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar. “Bakcell Arena”nın kassalarında isə biletlər oyun günü saat 10:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, sentyabrın 3-də keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.

0