Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə “Aris” arasında keçirilən cavab oyunundan sonra insident baş verib.
Apasport.az saytının məlumatına görə, iki klubun futbolçuları arasında qalmaqal yaşanıb.
Hakimin final fitindən dərhal sonra kiprli futbolçular "Neftçi"nin tərcüməçisi Vüqar Əliyevə hücum çəkməyə cəhd edib. Lakin dərhal bütün komanda üzvləri və məşqçi heyəti meydana daxil olaraq aranı sakitləşdirməyi bacarıb.
Görünür, “Aris” futbolçuları 0:3 hesablı məğlubiyyəti həzm edə bilməyib.
Qeyd edək ki, ilk görüşdəki 0:2 hesablı məğlubiyyətə baxmayaraq, cavab matçında rəqib qapısından 3 cavabsız top keçirən “Neftçi” növbəti mərhələyə adlayıb.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ