“Neftçi”nin Konfrans Liqasının pley-offundakı mümkün rəqibi bəlli olub.
Apasport.az saytının məlumatına görə, Bakı klubu III təsnifat mərhələsini adlasa, “Vaduts”la qarşılaşacaq.
Lixtenşteyn təmsilçisi buna “Konyaspor”la qarşılaşmalarda sonra nail olub. Evdə 1:1 hesablı heç-heçəyə imza atan Vadutsun eyniadlı klubu Türkiyədə əzmkar qələbə qazanıb – 4:2..
Vadutsun pley-offdakı rəqibi hazırda davam edən “Rapid” – “Neftçi” görüşündə müəyyənləşəcək. Evdə 2:1 hesablı qələbə qazanan “ağ-qaralar” Vyana sınağına çıxıb.
Qeyd edək ki, pley-offun oyunları avqustun 18-də və 25-də keçiriləcək. İlk qarşılaşma Bakı və ya Vyanada baş tutacaq.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ