“Neftçi”nin rəqibi iştirak ərizəsini açıqladı
19.07.2022 - 09:12
“Neftçi”nin rəqibi iştirak ərizəsini açıqladı

Kiprin “Aris” klubu Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçirəcəyi oyunçuların heyətini müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, Limassol klubu avrokubok matçları üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Baş məşqçi Aleksey Şpilevski A listinə 3 qapıçı, 8 müdafiəçi, 4 yarımmüdafiəçi, 6 hücumçu olmaqla ümumilikdə 21 oyunçu salıb.

Qapıçılar: 1. Vana, 70. Mixalis Papastilianu, 90. Ellinas Sofroniu;
Müdafiəçilər: 3. Kayu, 4. İsmael Patrik Yandal, 5. Kostas Pileas, 13. Delmiro Evora Naşimento, 20. Stiv Yaqo, 30. Aleks Mussunda, 31. Frants Brorsson, 65. Yanis Dede Lomme;
Yarımmüdafiəçilər: 8. Morqan Braun, 10. Matiya Şpolyariç, 37. Julius Szoke, 58. Yevgeni Yablonski;
Hücumçular: 9. Daniel Sikorski, 14. Artur Yannik Qomis, 21. Mixlali Mayambela, 27. Martin Sloqar, 72. Floriss Djave, 80. Şevi Babiçka.

Qeyd edək ki, “Neftçi” ilə “Aris” arasında ilk oyun iyulun 21-də “AEK Arena”da, cavab görüşü isə bir həftə sonra “Bakcell Arena”da keçiriləcək.

0