"Neftçi"nin yarımmüdafiəçisi "Sabah" yolunda
29.05.2024 - 16:36
Eddi

“Neftçi”nin futbolçusu Eddi İsrafilov böyük ehtimalla yeni mövsümə yeni komandada başlayacaq.

Apasport.az saytına verilən milli komandamızın üzvü “Sabah”a keçidə yaxındır.

Masazır təmsilçisi İsrafilovu heyətinə qatmağı götür-qoy edir. Tərəflər arasında danışıqlar davam edir.

Türkiyə Birinci Liqa təmsilçisi “Boluspor” Eddini heyətinə qatmaq istəsə də, maliyyə şərtlərində razılıq əldə olunmadığı üçün keçid baş tutmayıb.

Xatırladaq ki, 31 yaşlı futbolçu 2022-ci il yanvarın 5-dən "Neftçi"də çıxış edir. Onun müqavilə müddəti gələn ayın 30-a qədər qüvvədədir.

0