“Neftçi”nin yeni transferi haqda: “Belə təklif tez-tez olmur”
23.07.2022 - 13:41
“Neftçi”nin yeni transferi haqda: “Belə təklif tez-tez olmur”

“Minsk” klubunun futbolçusu Anton Şramçenko komanda yoldaşı Yeqor Boqomolskinin “Neftçi”yə transferini dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin fikrincə, 22 yaşlı hücumçu Azərbaycan təmsilçisindən sərfəli təklif alıb.

O, bununla Boqomolskinin avrokuboklarda iştirak imkanı əldə etdiyini vurğulayıb: “Yeqor “Neftçi”dən çox sərfəli təklif aldı. Belə təklif kareranda tez-tez olmur. Ona görə də Boqomolski Azərbaycana yollandı. Məncə, əla seçim etdi. Axı “Neftçi” Konfrans Liqasında mübarizə aparır. Boqomolski də gənc futbolçudur, Avropa arenasında özünü göstərmək imkanı əldə edəcək. Düşünürəm ki, orada uğur qazanacaq”.

Qeyd edək ki, Belarus millisinə də çağırılan Yeqor Boqomolski “Neftçi” ilə 3 illik müqavilə imzalayıb.

0