
"Neftçi" 2025/26 mövsümündə geyinəcəyi yeni üçüncü - alternativ formasını ictimaiyyətə təqdim edib.
Apasport.az xəbər verir ki, forma həm klubun ənənələrinə olan dərin bağlılığını, həm də yeniliklərə açıq olduğunu nümayiş etdirir.
Ənənəvi qara və ağ rənglərin sintezi ilə “Kappa” tərəfindən eksklüziv olaraq “Neftçi” üçün tikilən bu dəst zamansız klassikanı müasir dizayn elementləri ilə birləşdirərək zolaqlı formaya yeni baxış gətirir.
“Neftçi”nin əfsanəvi oyunçularının geyindiyi klassik üslub bu dəfə yenilənmiş formada təqdim olunur. Arxa boyun hissəsindəki stilizə edilmiş “1937” nişanı tarixi köklərimizi, ön tərəfdəki diaqonal zolaq isə ötən il yenilənən loqomuzun parçalarını xatırladır.
- ""Sabah" kubok finalında "Qarabağ"a qarşı göstərdiyi oyunu "Selye"yə göstərsə..,"
- “Araz-Naxçıvan” “Trabzonspor”u məğlub edib - YENİLƏNİB
- “Trabzonspor”un futbolçusu "Araz Naxçıvan"la görüşdə zədələnib.
- Rafael Utziq Azərbaycana qayıtdı, Rəşad Sadıqov cəzalandırdı - ÖZƏL
- “Neftçi”nin yeni mövsüm formaları satışa çıxarılıb