"Neftçi"nin yenilənmiş stadionu təqdim edilib - VİDEO
28.09.2024 - 15:49
"Neftçi"nin yenilənmiş stadionu təqdim edilib - VİDEO

"Neftçi"nin yenilənmiş stadionu təqdim edilib. 

Apasport.az xəbər verir ki, klub sosial media hesabında "Neftçi Arena"nın yeni görüntülərini paylaşıb. 

Stadionun tribunaları, oturacaqları və infrastrukturu tamamilə yenilənib. Oturacaqlar ağ-qara rənglərə boyanıb. 

Paytaxt klubu "Neftçi Arena"da bu gün doğma azarkeşlər önündə "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma saat 19:30-da start götürəcək. 

 

0