Avstriyanın “Rapid” klubunun hücumçusu Qvido Burqştaller Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
Apasport.az saytının məlumatına görə, Bakıdakı ilk qarşılaşmanın son dəqiqələrində fərqi minimuma endirən qola imza atan 33 yaşlı forvard cavab qarşılaşması ilə bağlı inamlı danışıb.
Avstriya millisinin sabiq üzvü ölkə çempionatının III turunda Lustenau “Austriya”sı ilə heç-heçə etdikləri (1:1) matçdakı performansı Azərbaycan təmsilçisi önündə də davam etdirmək istədiklərini bildirib: “Bilirəm ki, karyeramdan bəzən daha çətin mərhələlər olur. Ancaq biz bunun öhdəsindən gələcəyik. “Austriya” ilə görüşdəki kimi, qol şansları yaratsaq, “Neftçi” ilə cavab oyununda daha yaxşı işlər görəcəyik”.
Qeyd edək ki, avqustun 11-də Vyanadakı “Veststadion”da keçiriləcək “Rapid” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Komandalar arasında Bakıdakı ilk qarşılaşmada “ağ-qaralar” 2:1 hesablı qələbə qazanıb.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ