Boks üzrə Azərbaycan yığması Tokio Yay Olimpiya Oyunlarında ilk medalını təmin edib.
Apasport.az saytının məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən Alfonso Dominqes yarımfinala yüksələrək mükafatçılar sırasına düşəcəyini rəsmiləşdirib.
Bununla da boks yığmamızın Tokiodan medalsız dönməyəcəyi dəqiqləşib. Avropa Oyunlarının qalibi Olimpiadalardakı medal ənənəsini davam etdirib.
Boksçularımız Sidney-2000-dən başlayaraq ardıcıl 6-cı yarışda medala yiyələnib. Əvvəlki 5 Olimpiadada 8 mükafat sahibi olan idmançılarımız 1 gümüş və 7 bürüncə sevinib.
Sidney-2000-də Vüqar Ələkbərov (75 kq), Afina-2004-də Fuad Aslanovla (51 kq) Ağası Məmmədov (54 kq), Pekin-2008-də Şahin İmranov (57 kq), London-2012-də Teymur Məmmədovla (91 kq) Məhəmmədrəsul Məcidov (+91 kq), Rio-2016-da Kamran Şahsuvarlı (75 kq) bürünc medala sahib çıxıb. Lorenzo Sotomayor (64 kq) isə 5 il öncə yeganə gümüşümüzü qazanıb.
Qeyd edək ki, Tokio-2020-də yığmamızın heyətində Cavid Çələbiyev də medal şansını qoruyur. O, iyunun 31-də 1/8 final döyüşünə çıxacaq.
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu