Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyunöncəsi “Olimpiakos” daha bir itki ilə üzləşib.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Yunanıstan təmsilçisi müdafiə xəttində ciddi problem yaşayır.
Panayotis Retsosdan sonra digər mərkəz müdafiəçisi Usseynu Ba da sıradan çıxıb. Seneqal millisinin üzvü məşq zamanı zədələnib. 27 yaşlı oyunçunun ölkə çempionatında “Atromitos” və Avropa Liqasında “Qarabağ”la matçlarda iştirakı sual altına düşüb. Hazırda yeni baş məşqçi Miçelin sərəncamında cəmi 2 mərkəz müdafiəçisi var. Bunlar Pape Abu Sisse və Sokratis Papastatopulosdur. Həmçinin dayaq yarımmüdafiəçisi Yann Mvilanın da müdafiəyə çəkilməsi istisna edilmir.
Qeyd edək ki, “Olimpiakos”un qapıçısı Tomaş Vaçlik zədə səbəbindən təxminən 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq. “Olimpiakos”la “Qarabağ” arasında III turun matçı oktyabrın 6-da Pireydə keçiriləcək.
- Azərbaycan millisinin üzvü futboldan uzaqlaşdırılıb - Rəsmi
- "Turan Tovuz" akademiyasının məşqçiləri məktəblilərlə görüşüb
- Prezident: U-20 Dünya çempionatını Azərbaycanda və Özbəkistanda təşkil etmək ortaq tarixi nailiyyətdir
- Samir Abasov dörd oyunluq cəza alıb
- Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib