“Olimpiakos”un baş məşqçisi: “Qrup birincisi olmaq istəyirik”
26.08.2022 - 17:18
“Olimpiakos”un baş məşqçisi: “Qrup birincisi olmaq istəyirik”

Avrokubokların püşkatması olduğundan, istənilən rəqibin layiqli olacağını bilirdik. Kiminlə qarşılaşacağımıza deyil, nəyə nəzarət edə biləcəyimizə, öz komandamızın çıxışına diqqət yetiririk”.

Apasport.az saytının məlumatına görə, bunu Yunanıstanın “Olimpiakos” klubunun baş məşqçisi Karlos Korberan Avropa Liqasının püşkatma mərasimini dəyərləndirərkən deyib.

“Qarabağ”la eyni qrupda yer alan Pirey klubunun ispaniyalı çalışdırıcısı hədəflərinin növbəti mərhələyə yüksəlmək olduğunu bildirib: “Hədəf həmişə növbəti mərhələyə vəsiqə qazanmaqdır. Ötən mövsüm ikinci yeri tutmaqla buna nail olduq. Bu il qrupda birinci olmaq, yaxşı futbol sərgiləmək istəyirik. Hər zaman hazır olmalıyıq, “Olimpiakos” böyük ambisiyaları olan klubdur. Vaxtın az olduğunu bilirik. Rəqabətədavamlı olmaq üçün komandanı istədiyimiz mövqelərdə gücləndirməliyik. Komandanın özəyi hazırkı heyətdir. Sadəcə, bəzi mövqeləri gücləndirməyə çalışacağıq”.

Qeyd edək ki, “Qarabağ” G qrupunda “Olimpiakos”la yanaşı, “Frayburq” (Almaniya) və “Nant”la (Fransa) mübarizə aparacaq. Qrup mərhələsinə sentyabrın 8-də start veriləcək.

0