Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la eyni qrupda yer alan “Olimpiakos”un qapıçısı Tomaş Vaçlikin durumuna aydınlıq gəlib.
Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, 33 yaşlı qolkiper uzun müddət komandasına kömək edə bilməyəcək.
Millətlər Liqasının son turunda İsveçrə ilə qarşılaşmada xəsarət alan Çexiya millisinin üzvünün çiynindəki zədənin ciddi olduğu müəyyənləşib. Həkimlər tibbi testlərin ardından Vaçlikin təxminən 2-3 ay kollektivdən ayrı qala biləcəyini açıqlayıb. Bu isə o deməkdir ki, təcrübəli qapıçı nəinki “Qarabağ”la hər iki oyunu, ümumilikdə qrup mərhələsinin bütün matçlarını buraxmalı olacaq.
Qeyd edək ki, “Olimpiakos”la “Qarabağ” arasında oyunlar oktyabrın 6-da Pireydə, 13-də isə Bakıda keçiriləcək.
- Azərbaycan millisinin üzvü futboldan uzaqlaşdırılıb - Rəsmi
- "Turan Tovuz" akademiyasının məşqçiləri məktəblilərlə görüşüb
- Prezident: U-20 Dünya çempionatını Azərbaycanda və Özbəkistanda təşkil etmək ortaq tarixi nailiyyətdir
- Samir Abasov dörd oyunluq cəza alıb
- Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib