Ölkə idmanına ağır itki: Sadıq Sadıqov vəfat edib
05.06.2026 - 21:44
Ölkə idmanına ağır itki: Sadıq Sadıqov vəfat edib

"Neftçi" klubunun keçmiş prezidenti Sadıq Sadıqov vəfat edib.

Apasport.az xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat verib. 

Funksioner 60 yaşında ürək tutmasından dünyasını dəyişib.

Sabiq prezident 2009-2015-ci illərdə "ağ-qaralar"ın rəhbəri olub. 

Klub bu dönəmdə üç dəfə Azərbaycan çempionatının, iki dəfə Azərbaycan Kubokunun qalibi adını qazanıb.