ONa doğru
08.09.2022 - 00:27
ONa doğru

“Qarabağ” Avropa Liqasına qələbə ilə başlasa, Almaniyadakı uğur yubileylə əlamətdar olacaq.

Apasport.az saytının məlumatına görə, Azərbaycan klubları avrokubokların əsas mərhələsində indiyədək 9 qələbə qazanıb.

Ümumilikdə 69-cu matça çıxan təmsilçilərimiz 17 heç-heçə edib və 42 dəfə uduzub. 52 qol vuran futbolçularımız 121 top buraxıb.

Avrokubokların əsas raundunda yalnız üç komandamız oynayıb. “Qarabağ” 50, “Qəbələ” 12, “Neftçi” 6 dəfə meydana çıxıb. 

Qələbələrin hamısı “Qarabağ”ın aktivindədir. Qurban Qurbanovun yetirmələri Almaniyada “Frayburq”a qalib gəlsə, bu, həm Azərbaycan, həm də “Qarabağ” üçün 10-cu qələbə olacaq.

Qeyd edək ki, ölkəmiz üçün avrokubokların əsas mərhələsində debüt 2012/13 mövsümündə gerçəkləşib. Həmin vaxt “Neftçi” Avropa Liqasında debüt edib.
 

0