“Qarabağ”ın sabiq futbolçusu Ovusu Kvabena yenidən Azərbaycana qayıtmağa yaxındır.
Apasport.az saytına verilən məlumata görə, qanalı yarımmüdafiəçini ölkəmizə qaytarmaq istəyən komandalardan biri də “Turan Tovuz”dur.
Qərb təmsilçisi hazırda azad agent statusunu daşıyan 28 yaşlı futbolçu ilə müqavilə imzalamaq niyyətindədir.
Transferin baş tutub-tutmayacağı yaxın vaxtlarda dəqiqləşəcək.
Ovusu karyerasına “Akkra”da başlayıb. O, “Toledo”, “Leqanes”, “Ovyedo”, “Kartaxena”, “Salamanka”, “Kordoba” (hamısı İspaniya), “Ankaragücü” (Türkiyə), “Ferentsvaroş”, “Zalaeqersez” (hər ikisi Macarıstan) klublarında çıxış edib.
- II Liqa: IX turun təyinatları müəyyənləşib
- Azərbaycan millisinin üzvü futboldan uzaqlaşdırılıb - Rəsmi
- "Turan Tovuz" akademiyasının məşqçiləri məktəblilərlə görüşüb
- Prezident: U-20 Dünya çempionatını Azərbaycanda və Özbəkistanda təşkil etmək ortaq tarixi nailiyyətdir
- Samir Abasov dörd oyunluq cəza alıb