
Azərbaycan millisinin yarımmüdafiəçisi, dünən Finlandiyanın “Helsinki” klubu ilə anlaşan Ozan Can Kökçü apasport.az saytına açıqlama verib.
Finlandiyanın ən titullu klubu ilə müqavilə imzalayan millimizin üzvü transferi haqda bunları deyib:
"Yeni klubumla müqavilə imzaladığım üçün xoşbəxtəm. Şadam ki, bu klubla müqavilə imzaladım və bu komanda üçün oynayacam. Mənim fərqli komandalardan təkliflərim az deyildi. Lakin təkliflər arasında məhz "Helsinki"nin üzərində dayandıq. Böyük klubdayam, ən yaxşısı üçün oynayacam. İnanıram ki, hər şey yaxşı alınacaq. Təbii ki, "Helsinki"də oynamaq xoşdur. Avrokuboklarda da mübarizə aparacağıq. Uğurlar qazanacağıma inanıram".
Qeyd edək ki, Kökçü "Helsinki" ilə 2,5 illik müqavilə imzalayıb.
- Bu klublara avrokuboklarda iştirak üçün lisenziya verilib
- Lisenziya Komissiyası "Qəbələ", "İmişli" və "Karvan" barədə qərar verdi - Yeni mövsümdə...
- “Qarabağ” “Araz Naxçıvan”ı darmadağın etdi – 12:0
- Latviya - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
- Leandro Qomeş: "Azərbaycanın “Karvan” kimi klublara ehtiyacı var"