
Paris XXXIII Yay Olimpiya Oyunlarında uğurla çıxış edən Azərbaycan yığması vətənə dönüb.
Apasport.az-ın məlumatına görə, nümayəndə heyətimizi gətirən təyyarə gecə saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.
Hava limanında idmançıları media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşüb.
Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar.
Taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar.
- “Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb - RƏSMİ
- Emin İmaməliyev: "Qarabağ”ın hücumçuya ehtiyacı varsa, onlar bunu reallaşdıracaq"
- PFL Azərbaycan Kubokunun qalibi oldu
- Xalidu Sissoko: "Azərbaycanda oynamış ən yaxşı seneqallı futbolçu mənəm"
- Şahruddin Məhəmmədəliyevə Avropadan təklif: CİDDİ MÜŞTƏRİSİ VAR