Paris-2024: Sabah Şəriəti yarımfinalda məğlub oldu - YENİLƏNİB
05.08.2024 - 23:37
Paris-2024: Sabah Şəriəti yarımfinalda məğlub oldu - YENİLƏNİB

Paris-2024 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. 

Apasport.az xəbər verir ki, yarışların ilk günündə təmsilçimiz Sabah Şəriəti yarımfinal mərhələsinə vəsiqə qazanıb. 

130 kq çəki dərəcəsində mübarizə aparan idmançımızın rəqibi kubalı M. Lopez Nunes olub.

Rəqibinə məğlub olan Sabah Şəriəti qızıl medal şansını əldən verib.

***

18:40

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında güləş yarışları start götürüb.

Apasport.az xəbər verir ki, 1/8 final mərhələsində rəqibindən üstün olan güləşçimiz Sabah Şəriəti Olimpiadada növbəti görüşünü keçirib.

O, 1/4 final mərhələsində qazaxıstanlı Alimxan Sızdıkovla mübarizə aparıb.

130 kq çəki dərəcəsində güləşən idmançımız rəqibini məğlub edərək (4:0) yarımfinala yüksəlib.

***

17:31

Paris-2024 Yay Olimpiya Oyunları davam edir. 

Apasport.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə yarışlarda təmsilçimiz Sabah Şəriəti 1/8 final görüşünə çıxıb.

Şəriəti 130 kq çəki dərəcəsində estoniyalı Heyki Nabi ilə mübarizə aparıb.

Təmsilçimiz estoniyalı rəqibini son xal prinsipi ilə məğlub edərək (1:1) 1/4 finala yüksəlib. 

0