“Qarabağ”ın avrokubok oyununa proqnoz açıqlanıb.
Apasport.az saytının məlumatına görə, futbol eksperti Peter Qrin Avropa Liqasının VI turunun “Frayburq”la görüşünə mərc edib.
Mütəxəssis qrup mərhələsinin Bakıdakı görüşündə bol qol gözləyir:
“Frayburq” Avropa Liqasının cari mövsümündə hələ uduzmayıb. Komanda Bakı səfərinə yüksək əhval-ruhiyyədə yollanıb. İki səfər görüşündə quru hesablı qələbələr qazanılıb.
Rəqib meydanlarında 7 qol vuran Almaniya klubundan yenə məhsuldarlıq gözləyirəm. Onlar ən azı 2 dəfə fərqlənəcək.
“Qarabağ” öz meydanında məğlubedilməz görünsə də, uduzmayan “Frayburq”u üstələmək asan olmayacaq. Azərbaycan çempionu son ev oyununda qol vurmasa da, bu dəfə qonaqların qapısına heç olmasa bir dəfə yol tapacaq. Çünki onlar üçün qələbə çox vacibdir.
Proqnozum: Q/Q və Üst