PFL 16 yaşında!
02.07.2024 - 13:44
PFL 16 yaşında!

Bu gün Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) yaranması günüdür. 

Apasport.az saytının məlumatına görə, 2008-ci ilin iyulun 2-də yaradılan qurumun 16 yaşı tamam olur.

PFL 16 il öncə AFFA-nın inzibati binasında keçirilən iclas zamanı assosiasiyanın o vaxtkı prezidenti Rövnəq Abdullayev tərəfindən yaradılıb. Liqanın ilk prezidenti Ramin Musayev olub. 2022-ci ilin yayından qurumun prezidenti Elxan Səmədovdur. Hazırda isə PFL-in prezidenti vəzifəsini müvəqqəti Elgiz Abbasov icra edir.

Ad gününü qeyd edən qurum bu 16 ildə daxili yarışları keçirir. Azərbaycan Premyer Liqası, I Divizion və Azərbaycan kubokunu təşkil edən PFL yarandığı vaxtdan indiyədək bir sıra yeniliklərə də imza atıb. Həmçinin bu illər ərzində çempionatın səviyyəsi nəzərəçarpan dərəcədə artıb, bunun nəticəsində klublarımız beynəlxalq arenada daha uğurlu çıxış edərək dəfələrlə avrokubokların qrup mərhələsinə yüksəlib.

"Apasport" PFL-i 16 yaşı münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayır! Həmçinin ötən ilin dekabrında Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verən qəzada müxtəlif dərəcəli bədən xəsarəti alan və müalicəsi hələ də davam edən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun tez bir zamanda sağlamlığına qovuşmasını diləyirik. 

0