Misli Premyer Liqasının 1-ci tur matçı ilə 18-ci turda keçiriləcək qarşılaşmanın yeri dəyişdirilib.
Apasport.az xəbər verir ki, ilk turun “Şamaxı” – “Sabah” oyunu ilə “Sabah” – Şamaxı” görüşü əvəzlənib.
Peşəkar Futbol Liqasının bu qərarı verməsində əsas məqsəd “Sabah”ın Konfrans Liqasının növbəti mərhələsinə daha yaxşı hazırlaşması və mümkün zədələrin qarşısının alınmasıdır.
Qərar “Sabah”ın rəsmi müraciəti, “Şamaxı”nın rəsmi razılıq məktubu əsasında qəbul edilib.
Qeyd edək ki, “bayquşlar” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində İrlandiyanın “Sent Patriks” komandası ilə üz-üzə gələcək.
- "Qarabağ" "Çelsi" ilə oyundan əvvəl azarkeşlərə müraciət edib
- Bakı metropolitenində "Qarabağ"ın oyununa görə iş saatı uzadıldı
- Kənan Manafov: "Beynəlxalq oyun təcrübəsi baxımından rəqibdən geri qalırdıq"
- Azərbaycan derbisinə doğru: Qollar
- "Qarabağ" və "Neftçi" arasında baş tutan oyunlarda 13 avtoqol qeydə alınıb