PFL-in yeni prezidenti hakimlərlə görüşdü
01.08.2022 - 15:31
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) görüş keçirilib.
Apasport.az saytı xəbər verir ki, qurumun baş katibi Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının yeni prezidenti Elxan Səmədov Premyer Liqa, həmçinin Birinci Divizion oyunlarını idarə edəcək hakimlərlə görüşüb.
Hakimlər Komitəsinin sədri Barış Şimşek və komitə üzvlərinin iştirak etdiyi yığıncaq zamanı AFFA və PFL rəsmiləri hakimlərə yeni mövsümün startı ərəfəsində uğurlar arzulayıb, müvafiq tövsiyələrini veriblər.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ
1
0