Portuqaliyalı hücumçu “Kəpəz”də
23.07.2026 - 01:38
Portuqaliyalı hücumçu “Kəpəz”də

"Kəpəz" daha bir futbolçunun transferini gerçəkləşdirib.

Apasport.az xəbər verir ki, Azuma Abubakar “sarı-göylər”in formasını geyinəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 29 yaşlı forvardın son klubu Avstriya “Lustenau”su olub.

Azuma Abubakar Portuqaliyanın U-19 milli komandasının da formasını geyinib.