Portuqaliyaya yeni namizəd - Jorje Jezuş gəlir
07.07.2026 - 02:38
Portuqaliyaya yeni namizəd - Jorje Jezuş gəlir

Portuqaliya millisinin baş məşqçi postuna əsas namizəd müəyyənləşib.

Apasport.az xəbər verir ki, Roberto Martinesin istefasından sonra federasiya bu vəzifəyə təcrübəli mütəxəssis Jorje Jezuşu gətirməyi planlaşdırır.

Bu barədə Portuqaliyanın "A Bola" nəşri məlumat yayıb. 

Məlumata görə, tərəflər arasında danışıqlar müsbət istiqamətdə davam edir və 70 yaşlı çalışdırıcının qısa müddətdə Portuqaliya millisinin yeni baş məşqçisi təyin olunacağı gözlənilir.

Qeyd edək ki, Jorje Jezuş məşqçilik karyerası ərzində "Benfika", "Sportinq", "Braqa", "Flamenqo", "Fənərbaxça", "Əl-Hilal" və "Əl-Nəsr" klublarını çalışdırıb.

O, "Benfika" ilə 3 dəfə Portuqaliya çempionu, "Flamenqo" ilə Libertadores Kuboku və Braziliya çempionu, "Əl-Hilal"la isə Səudiyyə Ərəbistanı çempionu olub.