Premyer Liqa matçına bilet satışı başladı
05.08.2022 - 13:33
Premyer Liqa matçına bilet satışı başladı

Premyer Liqanın I turunda keçiriləcək “Turan Tovuz” – “Qəbələ” matçının biletləri satışa çıxarılıb.

Apasport.az xəbər verir ki, bu barədə Tovuz klubu sosial şəbəkə vasitəsilə məlumat yayıb.

Bildirilib ki, bölgə təmsilçilərinin duelini izləmək istəyən azarkeşlər bu gündən bilet əldə edə bilərlər. Stadionun kassalarında satışa çıxarılan biletlərin qiyməti 101 və 102-ci sektorlara 2, 103-cü sektora isə 1 manat təşkil edir.

Bununla yanaşı, tovuzlu fanatlar 59 manat ödəməklə mövsümi biletə sahib ola və “Turan Tovuz”un bütün ev matçlarını (Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, yoldaşlıq oyunları) stadiondan izləyə bilərlər. Mövsümi bilet alanlara klubun atributları hədiyyə olunacaq.

Qeyd edək ki, avqustun 8-də keçiriləcək “Turan Tovuz” - “Qəbələ” oyunu saat 17:00-da başlayacaq.

0