Premyer Liqada 40-cı səfər məğlubiyyəti
08.08.2022 - 10:35
“Səbail” Premyer Liqada 40-cı səfər məğlubiyyətini alıb.
Apasport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, 2022/23 mövsümünün ilk turuna təsadüf edib.
Misli Premyer Liqasına “Qarabağ”a 1:3 hesablı məğlubiyyətlə başlayan Bakı klubu bunadək 39 səfərdən xalsız dönüb. Paytaxt təmsilçisi rəqib meydanındakı 67 görüşdə 14 qələbə və 13 heç-heçəyə də nail olub.
Qeyd edək ki, Premyer Liqada 2017/18 mövsümündə debüt edən “Səbail” səfərdəki ilk məğlubiyyətini 2017-ci il avqustun 13-də “Zirə”dən alıb – 1:2.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ
0
0