Premyer Liqada azarkeş rekordu
22.08.2022 - 13:11
Premyer Liqada azarkeş rekordu

Misli Premyer Liqasının III turunun “Sabah” – “Neftçi” oyununda azarkeş rekordu qeydə alınıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, “Bank Respublika Arena”da keçirilmiş matçı 5500 tamaşaçı tribunalardan izləyib.

Bu da “Sabah”ın Premyer Liqada ev oyunlarında qeydə alınmış ən yüksək göstəricidir. Əvvəlki rekord 2018/19-cu il mövsümündə baş tutmuş “Sabah” – “Qarabağ” matçında qeydə alınıb (4500 tamaşaçı).

“Sabah” – “Neftçi” görüşündə çempionatın cari mövsümündəki tamaşaçı rekordu da təkrarlanıb. İlk turda baş tutan “Turan Tovuz” – “Qəbələ” matçını da eyni sayda azarkeş izləyib.

Qeyd edək ki, “Sabah” – “Neftçi” oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə nəticələnib. 

0