Qadın millimiz Türkiyəyə uduzdu
31.05.2024 - 23:10
Qadın millimiz Türkiyəyə uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində Türkiyə ilə qarşılaşıb.

B Liqasının İ qrupunun III turunun matçı Ərzincanda baş tutub. Oyunun taleyini bir qol həll edib. Meydan sahibləri 43-cü dəqiqədə penaltidən fərqləniblər. Əvvəlki iki turda bir xal toplayan Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, millimiz növbəti oyununu iyunun 4-də keçirəcək. Yığmamız Türkiyəni qəbul edəcək.

AVRO-2025-in seçmə mərhələsi
B liqası, İ qrupu
31 may
21:00. Türkiyə - Azərbaycan - 1:0
Qol: 
Ebru Topcu, 43 (pen.)
Baş hakim: Aleksandra Kollin (Fransa)
Ərzincan 13 Şubat stadionu

0