“Qalatasaray”dan yeni transfer
25.07.2024 - 23:38
“Qalatasaray”dan yeni transfer

"Qalatasaray” heyətinə yeni futbolçu cəlb edib.

Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray" futbolçu Elias Jelertin transferi üçün "Kopenhagen"lə razılığa gəlib.

Futbolçu ilə 5 illik müqavilə imzalanıb. Buna uyğun olaraq, oyunçunun keçmiş klubuna 9 milyon avroluq transfer haqqı ödənilib.

0