Qanalı futbolçu Azərbaycana qayıdır - ÖZƏL
12.08.2025 - 12:45
Qanalı futbolçu Azərbaycana qayıdır - ÖZƏL

“Araz-Naxçıvan”ın sabiq futbolçusu Mohammed Kadiri yenidən Azərbaycanda çıxış edəcək.

Apasport.az saytına verilən məlumata görə, qanalı futbolçu ölkəmizdə oynamağa razılıq verib.

Onun xidmətində maraqlı olan 3 klub var. Maaş məsələsində razılıq əldə olunsa, Kadiri yeni mövsümdən Premyer Liqamızda çıxış edəcək.

Həmin klublardan biri “Sumqayıt”dır. “Kəpəz” və “Karvan” da təcrübəli müdafiəçini heyətində görmək istəyir. Lakin “kimyaçılar”a keçid daha real görünür.

Qeyd edək ki, Kadiri karyerasına vətənində “Aşanti Qold” klubunda başlayıb, daha sonra Avstriyanın “Austriya” (Vyana) komandasına transfer olunub. O, həmçinin “Arsenal” (Tula, Rusiya), “Dinamo” (Kiyev), “Çernomorets” (Ukrayna) və “Honved” (Macarıstan) kimi klublarda da çıxış edib. Son olaraq Hindistanın “Mohammedan” klubunun formasını geyinib.