Qanalı hücumçu "Neftçi"də - 2 illik müqavilə
24.06.2022 - 21:29
Qanalı hücumçu "Neftçi"də - 2 illik müqavilə

“Neftçi” hücumçu transferi həyata keçirib.

Apasport.az klubun saytına istinadən məlumat verir ki, qanalı futbolçu Qodsvey Donyo ilə 2 il müddətinə müqavilə bağlanıb. 

27 yaşlı forvard Bakı təmsilçisinin heyətində 11 nömrəli formanı geyinəcək. Qananın “Right to Dream” akademiyasının yetirməsi olan Donyo oranı bitirəndən sonra – 2013-cü ildə İngiltərənin “Mançester Siti” klubuna gətirilib. Mançester təmsilçisi onu əvvəlcə İsveçin “Yurqorden” (2013), daha sonra “Falkenberq” (2014-2015) klublarına icarəyə verib. Ardından Danimarka “Norşelland”ına (2016-2020) transfer olunan ön xətt oyunçusu 2020-ci ildə Almaniyanın “Dinamo” (Drezden) klubuna icarəyə verilib. Donyo sonuncu klubu “Makkabi” (Hayfa, 2020-2022) ilə İsrail çempionatının (2021, 2022), Liqa Kubokunun (2022) və Superkubokunun (2021) qalibi olub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl israilli yarımmüdafiəçi Ataa Caberi transfer edib.

0