
“Neftçi”nin əsas komandada görmək istəmədiyi Qara Qarayevin mövsümə başqa komandada davam etmək ehtimalı az deyil.
Apasport.az xəbər verir ki, maliyyə məsələsinə görə hələ ki, komandada qalan Qarayevin xidmətində iki bölgə klubu maraqlıdır.
“Neftçi” Qarayevi göndərmək istəsə də, təcrübəli futbolçu təzminatını alaraq müqaviləsinə xitam verilməsinə razıdır. “Turan Tovuz”un maraq dairəsində olan Qaraya növbəti təklif “Kəpəz”dən gəlib. Azər Bağırovun gəlişindən sonra klub rəhbərliyi transfer işlərinə davam edir.
Bağırov, Qarayevin komandaya gətirilməsini istəyib. “Kəpəz” də yarımmüdafiəçi üçün hərəkətə keçib. Lakin Gəncə təmsilçisi Qaranın “Neftçi”də qalıb-qalmayacağı ilə bağlı verəcəyi xəbəri gözləyir.
Qeyd edək ki, Qara Qarayevin "Neftçi" ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL