“Qarabağ” 10 pillə irəlilədi, “Sabah” və “Araz-Naxçıvan”dan sıçrayış
11.05.2025 - 11:59

Klubların dünya reytinqi açıqlanıb.
Apasport.az xəbər verir ki, İFFHS-in cədvəlində planetin 501 ən yaxşı komandası yer alıb.
Siyahıda Azərbaycanı 4 klub təmsil edib. “Qarabağ” 143,50 xalla dünyada 114-cüdür. Ağdam klubu ötən ayla müqayisədə 10 pillə irəliləyib.
“Zirə” 94,50 xalla 233-cüdür. Bakı klubu 13 pillə geriləyib.
“Sabah” 68,50 xalla 367-cidir. Paytaxt təmsilçisi 26 pillə irəliləyib.
“Araz-Naxçıvan” 58,75 xalla 454-cüdür. Naxçıvan təmsilçisi 38 pilləlik sıçrayışla irəliləyib.
Qeyd edək ki, cədvələ 490 xalla “Real” başçılıq edir.
0
0