"Qarabağ" 2300 manat cərimələndi
26.04.2024 - 13:46
"Qarabağ" 2300 manat cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Apasport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqası XXXI tur

19.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXI turun “Turan Tovuz” – “Sumqayıt” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilir (maddə 37);

19.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXI turun “Turan Tovuz” – “Sumqayıt” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” klubu 800 manat cərimə edilir (maddə 51.2);

19.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXI turun “Turan Tovuz” – “Sumqayıt” oyununun birinci hissəsi bitdikdən sonra “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilir (maddə 52.1);

19.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXI turun “Turan Tovuz” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37);

20.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXI turun “Qarabağ” – “Qəbələ” oyununun 66-cı dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilir (maddə 52.2);

20.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXI turun “Zirə” – “Neftçi” oyununun 67-ci dəqiqəsində “Zirə” klubunun 29 nömrəli futbolçusu Ceyhun Nuriyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Zirə” klubu 500 manat cərimə edilir (maddə 36.5);

20.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXI turun “Zirə” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Zirə” klubu 800 manat cərimə edilir (maddə 51.2);

21.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXI turun “Kəpəz” – “Sabah” oyununun 87-ci dəqiqəsində “Kəpəz” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Kəpəz” klubu 1000 manat cərimə edilir (maddə 43.7);

21.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXI turun “Araz-Naxçıvan” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilir (maddə 51.2);

Azərbaycan Kuboku ½ final

24.04.2024-cü il tarixində Azərbaycan Kubokunda ½ finalın “Qarabağ” – “Neftçi” oyunundan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qarabağ” klubu 800 manat cərimə edilir (maddə 51.2);

II Liqa XXII tur

22.04.2024-cü il tarixində II Liqada XXII turun “Cəbrayıl” – “Baku Sportinq” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Cəbrayıl” klubu 80 manat cərimə edilir (maddə 74.1);

22.04.2024-cü il tarixində II Liqada XXII turun “Kürmük Qax” – “Sheki City” oyununda “Sheki City” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Sheki City” klubu 70 manat cərimə edilir (maddə 37);

22.04.2024-cü il tarixində II Liqada XXII turun “Kürmük Qax” – “Sheki City” oyununda təhlükəsizlik düzgün təşkil edilmədiyinə görə “Kürmük Qax” klubu 200 manat cərimə edilir. Analoji hal təkrar yaşanacağı təqdirdə daha ciddi sanksiyaların tətbiq ediləcəyi barədə “Kürmük Qax” klubuna xəbərdarlıq edilir (maddə 73.3, 11);

22.04.2024-cü il tarixində II Liqada XXII turun “Kürmük Qax” – “Sheki City” oyununda meydançaya kənar şəxslər daxil olduğuna görə “Kürmük Qax” klubu 80 manat cərimə edilir (maddə 51.2);

22.04.2024-cü il tarixində II Liqada XXII turun “Kür-Araz” – “Ağdaş” oyununun 49-cu dəqiqəsində “Ağdaş” klubunun baş məşqçisi Ruslan Hüseynov hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalanır, “Ağdaş” klubu 400 manat cərimə edilir (maddə 43.4);

22.04.2024-cü il tarixində II Liqada XXII turun “Kür-Araz” – “Ağdaş” oyununun 86-cı dəqiqəsində “Ağdaş” klubunun 17 nömrəli futbolçusu Ramal Əhmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Ağdaş” klubu 50 manat cərimə edilir (maddə 36.5);

22.04.2024-cü il tarixində II Liqada XXII turun “Kür-Araz” – “Ağdaş” oyununda “Ağdaş” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” klubu 70 manat cərimə edilir (maddə 37);

23.04.2024-cü il tarixində II Liqada XXII turun “Qusar” – “Şəfa” oyununda “Şəfa” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” klubu 70 manat cərimə edilir (maddə 37);

23.04.2024-cü il tarixində II Liqada XXII turun “Dinamo” – “Şahdağ Qusar” oyununun 85-ci dəqiqəsində “Dinamo” klubunun 7 nömrəli futbolçusu Fərid Eyvazov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Dinamo” klubu 150 manat cərimə edilir (maddə 39.1);

23.04.2024-cü il tarixində II Liqada XXII turun “Dinamo” – “Şahdağ Qusar” oyununun 89-cu dəqiqəsində “Dinamo” klubunun 22 nömrəli futbolçusu İman Müseyibov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Dinamo” klubu 50 manat cərimə edilir (maddə 36.5);

23.04.2024-cü il tarixində II Liqada XXII turun “Dinamo” – “Şahdağ Qusar” oyununun 19-cu dəqiqəsində “Şahdağ Qusar” klubunun 12 nömrəli futbolçusu Rafiq Kərimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Şahdağ Qusar” klubu 80 manat cərimə edilir (maddə 41);

Əvəzedicilər liqası XXXI tur

21.04.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXI turun “Qarabağ-2” – “Qəbələ-2” oyununun 8-ci dəqiqəsində “Qarabağ-2” komandasının 76 nömrəli futbolçusu Nihad Əliyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qarabağ-2” komandası 80 manat cərimə edilir (maddə 41);

22.04.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXI turun “Zirə-2” – “Neftçi-2” oyununun 52-ci dəqiqəsində “Zirə-2” komandasının 55 nömrəli futbolçusu Ramin Abdullayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır, “Zirə-2” komandası 200 manat cərimə edilir (maddə 43.1);

22.04.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXI turun “Zirə-2” – “Neftçi-2” oyununun 90+8-ci dəqiqəsində “Zirə-2” komandasının 25 nömrəli futbolçusu Vüsal Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Zirə-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);

22.04.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXI turun “Zirə-2” – “Neftçi-2” oyununun 30-cu dəqiqəsində “Neftçi-2” komandasının 51 nömrəli futbolçusu David Orucov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Neftçi-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);

22.04.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXI turun “Zirə-2” – “Neftçi-2” oyununun 75-ci dəqiqəsində “Neftçi-2” komandasının 35 nömrəli futbolçusu Fərid Səfərli rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır, “Neftçi-2” komandası 200 manat cərimə edilir (maddə 43.1);

22.04.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXI turun “Zirə-2” – “Neftçi-2” oyununun 78-ci dəqiqəsində “Neftçi-2” komandasının 70 nömrəli futbolçusu İbrahim Novruzov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır, “Neftçi-2” komandası 200 manat cərimə edilir (maddə 43.1);

22.04.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXI turun “Kəpəz-2” – “Sabah-2” oyununun ilk hissəsi “Sabah-2” komandasının meydançaya gec çıxması səbəbindən 4 dəqiqə gec başladığı üçün “Sabah-2” komandası 150 manat cərimə edilir (maddə 60.4);

22.04.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXI turun “Kəpəz-2” – “Sabah-2” oyununda “Sabah-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilir (maddə 37).

0