“Qarabağ” 7-yə, Azərbaycan 10-a çatdı: İlk dəfə uduzaraq qrupda
24.08.2022 - 00:49
“Qarabağ” 7-yə, Azərbaycan 10-a çatdı: İlk dəfə uduzaraq qrupda

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində oynayacaq.

Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Çempionlar Liqası ilə pley-offda vidalaşdığı üçün ikinci dərəcəli klub turnirinə düşüb.

Azərbaycan çempionu Çexiya təmsilçisi “Viktoriya”nı adlaya bilməyib – 0:0, 1:2. Ağdam klubu bununla da tarixində 7-ci dəfə Avropa Liqasının qrupunda oynayacaq.

Bölgə təmsilçisi 2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20 və 2020/21 mövsümlərində də bunu bacarıb. Bu, ümumilikdə Azərbaycan klublarının Avropa Liqasında yubiley – 10-cu çıxışı olacaq. “Qarabağ”dan başqa “Neftçi” 2012/13, “Qəbələ” 2015/16 və 2016/17 mövsümlərində bunu bacarıb.

Avrokuboklar tarixində ilk dəfə Azərbaycan klubu pley-offda uduzmaqla qrupa düşəcək. Bunadək təmsilçilərimiz bu səddi keçərək əsas raunda yüksəlib.

0