“Qarabağ” avrokubok təcrübəsinə görə “Lex”i üstələyir” - PROQNOZ
05.07.2022 - 13:23
“Qarabağ” avrokubok təcrübəsinə görə “Lex”i üstələyir” - PROQNOZ

“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda bu gün “Lex”lə qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, ekspert Dmitri Spirin Polşada baş tutacaq matçla bağlı proqnozunu verib.

Rusiyalı mütəxəssis poznanlıları üstün sayır. O, “Lex”ə fora ilə qalibiyyət yazmağı məsləhət görür:

“Lex” son Polşa çempionatında çox güclü çıxış etdi. Komanda evdə xüsusilə uğurlu idi. 67 qoldan 40-nı məhz öz meydanlarında vurdular. Düzdür, mövsümün sonunda baş məşqçilərini itirdilər. Maçey Skorzanın gedişindən sonra bu posta təcrübəli niderlandlı Con van den Brom təyin olundu.

Əvvəlki çalışdırıcı 4-2-3-1 sxeminə üstünlük verirdi və komandada xeyli legioner var. Xüsusən də, Portuqaliya, İspaniya, Gürcüstan və İsveçdən olan oyunçular ön plandadır.

“Qarabağ” isə ən yaxın izləyicisini 19 xal qabaqlayaraq Azərbaycan çempionu oldu. Qurban Qurbanovun yetirmələri həmçinin ölkə kubokunu qazandılar. “Qarabağ”ın futbolçuları ümumi transfer qiymətinə görə rəqibindən nəzərəçarpacaq dərəcədə geridə qalsa da, avrokubok təcrübəsinə görə “Lex”i üstələyir. Əsasən də, ötən mövsüm Konfrans Liqasında çox yaxşı performans sərgilədilər.

Ancaq yenə də ev sahibinə mərc etmək cəsarətini göstərmək istəyirəm. Düşünürəm ki, poznanlılar yeni çalışdırıcının rəhbərliyi altında aqressiv oynamağa çalışacaq.

Proqnozum: Fora 1 (0)

0