“Qarabağ” bir ay kapitansız qaldı
11.09.2022 - 22:37
“Qarabağ” bir ay kapitansız qaldı

“Qarabağ”ın futbolçusu Maksim Medvedevin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov açıqlayıb.

O bildirib ki, müdafiəçinin zədəsi ağırdır. Avropa Liqasının “Frayburq”la Almaniyadakı oyunundan (1:2) əvvəl məşqdə xəsarət alan Maksim uzun müddətə sıradan çıxıb.

“Qarabağ”ın kapitanı bir ay məşqlərdən kənar qalacaq. Onun rəsmi oyunlara nə vaxt çıxacağı isə bərpa prosesindən asılı olacaq.
 

0