“Qarabağ” Budapeştə yollandı
08.08.2022 - 11:00
“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə əlaqədar Macarıstana yollanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Ferensvaroş”la görüş üçün Bakını tərk edib.
Ağdam klubunu aparan təyyarə Budapeştə yola düşüb. Təmsilçimiz bu gün Bakı vaxtı ilə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi “Ferensvaroş” stadionunda son məşqinə çıxacaq.
Qeyd edək ki, sabah baş tutacaq cavab görüşü Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. “Qarabağ” öz meydanındakı ilk matçda rəqibi ilə qollu heç-heçə (1:1) edib.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ
0
0