"Qarabağ" - "Dinamo" matçının başlama saatı dəqiqləşib
14.08.2024 - 11:19

"Qarabağ"ın Bakıda Xorvatiyanın "Dinamo Zaqreb" klubuna qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun başlama saatı müəyyənləşib.
Apasport.az xəbər verir ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:45-də başlayacaq.
Xorvatiyadakı görüş isə avqustun 20-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Xatırladaq ki, "Qarabağ" III təsnifat mərhələsində Bolqarıstan təmsilçisi "Ludoqorets"i mübarizədən kənarlaşdırıb.
- Kaxaber Tsxadadze: “Xarakterli futbolçuları olan komandaya qarşı oynadıq”
- Millimiz ABŞ-yə məğlub oldu
- Şahin Şahniyarov: “Millimiz üçün əlimdən gələnin ən artığını edəcəm”
- Azərbaycan Liqalarında növbəti mövsümün topları təqdim edilib
- Birinci Liqa: "Difai"dən darmadağın, "Qəbələ" və "Karvan"dan xal itkisi - YENİLƏNİB
1
0