"Qarabağ" dünya reytinqində 17 pillə irəliləyib
12.11.2025 - 09:19
"Qarabağ" klubu dünya reytinqində daha 17 pillə irəliləyib.
Apasport.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.
192,25 xalı olan Azərbaycan çempionu 82-ci sıradan 65-ci yerə qalxıb.
"Sabah" 296-cı mövqedən 276-ya, "Zirə" 407-dən 387-yə, "Araz-Naxçıvan" 391-dən 390-a yüksəlib.
Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 567 xalla liderdir.
- Azərbaycan yığması Pakistanla qarşılaşacaq
- AFFA "Turan Tovuz"un UEFA Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqləyib
- Meydanın haqqı masa arxasında silinir: “Turan Tovuz” ədalət axtarır
- İçərişəhərdə futbol meydançasının açılışı oldu - VİDEO
- “Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı! - RƏSMİ BƏYANAT
0
0