"Qarabağ" dünya reytinqində gerilədi
10.06.2024 - 09:56

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Apasport.az xəbər verir ki, 507 komandadan ibarət siyahıda Azərbaycanın 4 təmsilçisi yer alıb.
5 pillə geriləyən "Qarabağ" (183,75 xal) 53-cü sırada yer alıb. 15 pillə irəliləyən "Zirə" (62,25 xal) 369-cudur.
17 pillə irəliləyən "Sabah" (60,75) 388-ci, 5 addım geriləyən "Neftçi" (59,25 xal) isə 403-cüdür.
Qeyd edək ki, dünya reytinqinə “Mançester Siti” (401 xal) başçılıq edir.
- Toral Bayramov "Qarabağ"ı tərk edir? - AVROPA KLUBLARININ HƏDƏFİNDƏ
- "Karvan" ev oyunlarını harada keçirəcək? - Süni ot örtüyü...
- “Neftçi” rəsmisi: “Samir Abasov gələndən çox şey dəyişib”
- FIFA referisi “Araz-Naxçıvan”ın oyununa təyinat alıb
- Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb
0
0