“Qarabağ” “EAFC 25”də
09.09.2024 - 18:24
“Qarabağ” “EAFC 25”də

"Qarabağ" məşhur futbol simulyatoru olan "EAFC 25"də yer alacaq.

Apasport.az xəbər verir ki, klub  "EA Sports" şirkəti tərəfindən hazırlanan oyunda "Rest of World league" (Digər dünya liqaları) bölməsində fərdi formada təmsil olunacaq. 

"EA Sports FC 25" "Electronic Arts" tərəfindən istifadəyə verilən yeni futbol simulyasiya oyunudur. Bu, "EA Sports FC" seriyasının ikinci, ümumilikdə isə 32-ci buraxılışı olacaq.

Oyunun 27 sentyabr 2024-cü ildə dünya üzrə oyun həvəskarlarının ixtiyarına verilməsi planlaşdırılır. Əlavə olaraq, öncədən sifariş edənlər üçün oyun 20 sentyabr tarixində "Nintendo Switch", "PlayStation 4", "PlayStation 5", "Windows", "Xbox One" və "Xbox Series X/S" platformalarında əlçatan olacaq.

Xatırladaq ki, "Qarabağ" adıçəkilən futbol simulyatorunda yer alan ilk Azərbaycan klubudur.

0