“Qarabağ” Julio Romaonun transferi üçün nə qədər xərc çəkib?
18.07.2022 - 09:00
“Qarabağ”ın yeni transferi Julio Romaonun Azərbaycan çempionuna keçidinin təfərrüatları müəyyənləşib.
Apasport.az-ın “record.pt” saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi braziliyalı yarımmüdafiəçini heyətinə cəlb etmək üçün klubu “Santa Klara”ya təzminat ödəyib.
Bildirilib ki, 24 yaşlı orta sahə oyunçusunun Azərbaycana köçməsi Portuqaliya klubuna təxminən 200-300 min avro qazandırıb. “Qarabağ”da 6 nömrəli formanı geyinəcək Romao özü isə yeni komandası ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Julio Romao 2020-ci ilin yayından bəri “Santa Klara”nın formasını geyinib.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ
5
0