“Qarabağ” mövqeyini qorudu, “Neftçi” gerilədi
11.09.2022 - 15:36
“Qarabağ” mövqeyini qorudu, “Neftçi” gerilədi

Avrokubokların qrup mərhələsinin ilk turundan sonra top komandalarının reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə Avropanın 438 ən güclü klub yer alıb.

Azərbaycan reytinq siyahısında üç klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ”dır.

Qurban Qurbanovun yetirmələri 204 xala malikdir. Avropa Liqasına “Frayburq”a məğlubiyyətlə başlayan Ağdam klubu 79-cu pilləni qoruyub.

“Neftçi” 33 xalla qitədə 225-cidir. Bakılılar ötən reytinqlə müqayisədə 7 pillə geriləyib.

5 xala 389-cu olan “Qəbələ” mövqeyini yaxşılaşdırıb. Bölgə klubu 3 addım irəliləyib.

Qeyd edək ki, siyahıya 2279 xala malik “Real” başçılıq edir.
 

0